AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq.
Belə ki, mayın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsində hərb tarixi” mövzusunda elmi konfrans keçiriləcək. Elmi konfransda elmi məruzələr oxunacaq, çıxışlar olacaq, plenar iclas keçiriləcək.
Elmi konfransın sonunda AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Memoranduma əsasən iki qurum arasında müştərək elmi təqdiqatların aparılması, elmi konfrans, simpozium və seminarların, hərbi-vətənpərvərlik tədbirlərin keçirilməsi, sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulub. Memorandumu Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Hərbi Akademiya adından Akademiyanın rəisi, general- leytenant Heydər Piriyev imzalayacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.