Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq elmi-praktiki məşğələlər keçirilir. Növbəti belə bir elmi-praktiki məşğələ Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I kurs tələbələrinə keçirilmişdir.
Məşğələ zamanı Bərpa laboratoriyasının şöbə müdiri Təhsib Zəvərli tərəfindən məruzə oxunmuşdur. T.Zəvərli öz məruzəsində metal eksponatlarının bərpası və konservasiyasının metodikası haqqında çıxış etmişdir. T.Zəvərli eksponatların üzərindəki tədqiqat işlərinin aparılması və bu mövzu haqqında qurulacaq iş planı haqqında da məlumat vermişdir. Natiq Muzey eksponatlarının mühafizəsi baxımından bərpa və konservasiyanın da əhəmiyyətini qeyd etmişdir. Məruzənin sonunda əyani vasitələrlə eksponatların bərpasına və konservasiyasına dair nümunələr göstərilmiş və tələbələrin sualları T.Zəvərli tərəfindən cavablandırılmışdır.
Очередной урок проведен в Реставрационной лаборатории Национального Музея Истории Азербайджана
В Национальном Музее Истории Азербайджана прошёл очередной научно-практический урок, который был проведён руководителем Лаборатории реставрации Тахсибом Заверли для студентов I курса Азербайджанской Академии Художеств. В докладе Т.Заверли затронул вопросы реставрации и консервации экспонатов из металла, также он на конкретных экспонатах объяснил основные принципы и методы работы в этом направлении. В конце урока Т.Заверли ответил на интересовавшие студентов вопросы.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.