XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Dekabr, 2016
Muzeydə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olumuş tədbir keçirilmişdir

27 dekabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Muzey və YAP “Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı” ilə birgə təşkil olunmuşdur.


Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan MATM-ın direktoru, akademik Nailə Vəlixanlı 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əhəmiyyətindən və dövlətimizin Muzeyə olan qayğısı nəticəsində milli-mədəni irsimizin gənc nəsillərə daha yaxşı təbliğ edilmə imkanlarından danışmışdır.

Daha sonra YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin müdiri Bəkir Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından danışmış, Ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qəbul edilmiş qərarın nəticəsi olaraq qeyd edilən bu bayramın soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi-əxlaqi keyfiyyətlər aşıladığından bəhs etmişdirlər.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etmişdir. Bədii hissədə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri, Nəsimi rayonu A.S.Loginov adına 8 saylı tam orta məktəbin şagirdləri, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin nəzdində fəaliyyət göstərən “H.Z.Tağıyev klubu”nun “Sonalar” rəqs qrupunun üzvləri çıxış etmişdirlər. Bədii hissədə Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunmuşdur.

Tədbirdən sonra qonaqlar MATM-ın elmi-ekspozisiyası və “Qadın bəzək geyimləri” sərgisi ilə tanış olmuşdurlar.

 


В Национальном Музее Истории Азербайджана прошло мероприятие, посвященное 31 декабря – Дню солидарности азербайджанцев всего мира

27 декабря 2016 года в Национальном Музее Истории Азербайджана прошло мероприятие, посвященное 31 декабря – Дню солидарности азербайджанцев всего мира.

Мероприятие было проведено совместно Национальным Музеем Истории Азербайджана и территориальным отделением 
Мероприятие открылось исполнением государственного гимна.

Директор Национального Музея Истории Азербайджана академик Наиля Велиханлы на открытии мероприятия подчеркнула роль общенационального лидера Гейдара Алиева, объявившего день 31 декабря 1991 года Днем солидарности азербайджанцев мира, затронула она и заслуги возглавляемого ею учреждения в популяризации национально-культурных ценностей у подрастающего поколения.

Официальная часть мероприятия была отмечена выступлениями ряда приглашенных лиц – руководителя аппарата отделения партии «Новый Азербайджан» от Сабаильского района Зафара Байрамова, руководителя Объединения молодых патриотов Мугана Алиева, сотрудника Аппарата Омбудсмена Зибы Мамедовой, директора Технико-Гуманитарного Лицея № 2 Бакира Мустафаева, которые отметили важность проводимой президентом Азербайджана Ильхамом Алиевым внешнеполитической деятельности, его роли в укреплении связей с соотечественниками в разных странах мира.

После окончания этих выступлений началась художественная часть мероприятия. Выступили учащиеся средней школы № 8 имени А.С.Логинова Насиминского района, Технико-Гуманитарного Лицея № 2, и детской танцевальной группы “Sonalar”, функционирующей при клубе Г.З.Тагиева в Музее Истории. Дети декламировали стихи, песни и исполняли танцевальные номера.

После завершения мероприятия гости ознакомились с экспозицией Музея и выставкой “«Женские украшения одежды»”.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ