XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 May, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinə tamaşaçıların müsbət rəyləri daxil olmaqda davam edir

Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi Azərbaycan vətəndaşları və xarici qonaqların böyük marağına səbəb olmuşdur.


Açılış günündən (15 aprel) başlayaraq orta hesabla 110-120 tamaşaçının baxdığı sərgi ilə bağlı müsbət rəylər də daxil olmaqda davam edir. 15 aprel – 25 aprel tarixlərində daxil olmuş rəylər Muzeyin feysbuk səhifəsində artıq iki dəfə qruplaşdırılaraq verilmişdir. 26-30 aprel tarixlərində yazılmış rəylərin də hamısı müsbətdir, rəylərin fotosurətləri aşağıda göstərilən feysbuk ünvanında yerləşdirilmişdir. 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/