Milli Azərbaycan Tarixi Muzeyi milli sərvətlərimizin qorunması və bərpası sahəsində mühüm missiyanı həyata keçirir.
İllər ərzində Muzeyin Bərpa Laboratoriyası tərəfindən minlərlə eksponat bərpa və konservasiya olunaraq onlara ikinci həyat verilmişdir.
Belə maddi-mədəniyyət nümunələrindən biri də XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan yəhərüstüdür. Şuşa sənətkarlıq məktəbinə məxsus bu əl işi qırmızı məxmərdən tikilmiş, üzərinə xırda metal piləklərlə və güləbətin üsulu ilə nəbati naxışlar salınmışdır. Yəhərüstünün kənarında iki rəngli - sarı və qırmızı saçağı, əlavə olaraq da yaşıl məxmərdən köbəsi var. Etnoqrafik eksponatın uzunluğu: 138 sm, eni: isə194 sm.-dir.
Yəhərüstü bərpaya və konservasiyaya ehtiyacı olduğundan Muzeyin Bərpa Laboratoriyasının bərpaçı-rəssamı İlhamə Rəhimova tərəfindən bərpa-konservasiya olunub əvvəlki görkəminə qaytarılmışdır. Belə ki, eksponatın cırılımış və sökülmüş hissələri ənənəvi üsulla tikilmiş, piləklər bərkidilmə üsulları ilə bərpa olunaraq öz estetik görkəminə qaytarılmışdır.
В Национальном Музее Истории Азербайджана «подарили» вторую жизнь этнографическому экспонату
Одна из главных задач Национального Музея Истории Азербайджана – хранение и реставрация материальных свидетельств истории нашего народа. На протяжении долгих лет эту благородную миссию выполняют сотрудники Реставрационной лаборатории Музея Истории.
Одним из таких экспонатов, подвергшихся процессу реставрации – конская попона, относящаяся к концу XIX-началу XX вв. выполненная мастерами карабахской художественной школы попона сшита из красного бархата, украшена мелкими металлическими вставками и узорами. Длина этнографического экспоната- 138 см, ширина- 194 см.
Реставрация и консервация экспоната была проведена художником-реставратором Реставрационной лаборатории Музея Ильхамой Рагимовой. Поврежденные части попоны умелыми руками мастера был возвращен первоначальный облик.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.