XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Dekabr, 2016
“Qadın geyim bəzəkləri” sərgisi ilə tanış olanların sayı davamlı artır

Xatırladaq ki, 2016-cı il noyabrın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirilmişdir.


Sərgidə nümayiş olunan eksponatların bir qismi e.ə.XIII - b.e.VII əsrlərinə, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə aiddir. Həmçinin burada 20 maneken üzərində XIX əsr qadın geyimləri nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd - əcdadlarımızın yaratdığı maddi dəyərləri unudulmaq və yad əllərə düşmək təhlükəsindən xilas etmək üçün gənc nəslə, tədqiqatçılara tam şəkildə çatdırmaq və milli-mədəni irsimizi düzgün təbliğ etməkdır.

Bu ilin yekunu olaraq 10 noyabr 2016-cı il tarixindən 30 dekabr 2016-cı il tarixinə qədər “Qadın geyim bəzəkləri” sərgisi ilə 2 606 nəfər tanış olub. Sərgi ziyarətçiləri belə bir sərgini təşkil etdikləri üçün Muzey rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, sərgi 1 fevral 2017-ci il tarixinə qədər davam edəcək.


 Количество посетителей выставки «Женские украшения одежды» неуклонно растет 

Как известно 10 ноября 2016 года в Национальном Музее Истории Азербайджана прошла церемония открытия выставки «Женские украшения одежды».

Часть экспонатов выставки относятся к XIII-VII вв. до н.э., часть – к XVIII – XX вв.

Главная цель выставки – уберечь от забвения и донести до широкой общественности – молодёжи, исследователей и всех интересующихся историей Азербайджана уникальные образцы материальной культуры народа

С 10 ноября по 30 декабря 2016 года число посетителей, ознакомившихся с выставкой «Женские украшения одежды» достигло 2 606 человек. Посетители неизменно выражали признательность руководству Музея Истории за организацию выставки.

Напомним, что выставка будет продолжать приём посетителей до 1 февраля 2017 года.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ