XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Yanvar, 2017
Muzeydə “Zeyvə” xalçasına ikinci həyat verilmişdir

Xalqımızın zəngin mənəvi aləmi, xarakteri və həyat fəlsəfəsinə xas olan xüsusiyyətləri özündə əks etdirən sənət növlərindən biri də xalçaçılıqdır.


Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Etnoqrafiya elmi fond şöbəsində mühafizə olunan xalçaçılıq sənətinin müxtəlif nümunələrinin bərpa və konservasiyası daim diqqət mərkəzində saxlanılır.

Belə ki, XIX əsr Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan “Zeyvə” xalçası bərpa və konservasiyaya ehtiyac duyulduğundan Bərpa laboratoriyasına təhvil verilmişdir. Bərpaçı-rəssam Gülnarə Məmmədova tərəfindən xalçanın sökülmüş yerləri yun saplarla bərpa və konservasiya olunmuş, daha möhkəm və uzun ömürlü olması üçün xalçanın arxa hissəsinə kətan parça tikilmişdir.

Maddi-mədəniyyət nümunələrinin mühafizə olunaraq gələcək nəsillərə ötürülməsi missiyası Muzey tərəfindən layiqincə həyata keçirilir.


В Национальном Музее Истории Азербайджана «подарили» вторую жизнь ковру “Zeyvə”

 Ковроделие является одним из видов искусства, в котором собраны мировоззрение, разум, философия и духовный мир народа. Реставрация и консервация образцов азербайджанского ковроткачества, хранящихся в научном фонде этнографии Национального Музея Истории Азербайджана всегда в центре внимания.

Ковёр “Zeyvə” относится к XIX веку и принадлежит к Куба-Ширванскому типу ковра. Экспонат был передан в Реставрационную лабораторию Музея для реставрации и консервации. Художник-реставратор Гюльнара Мамедова в ходе реставрации вернула ковру первоначальный вид.

Миссия сохранения материальной культуры всегда в центре внимания Музея Истории.     

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ