XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Yanvar, 2017
Akademik Nailə Vəlixanlının yeni kitabı işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının yeni – “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” ktabı işıq üzü görmüşdür.


AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunmuş kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının - Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunmuşdur.

Həmçinin kitabda həmin dövrün ərəbdilli on beş qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilmiş, ərəb işğalı nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılmışdır. Əsərdə o cümlədən Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilmişdir.

Kitab tarixçi və şərqsünaslar, eləcə də Azərbaycanın erkən orta əsrlər dövrü tarixi və tarixi coğrafiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Tariximizin erkən orta əsrlər dövrünü ərəbdilli qaynaqlar əsasında tədqiq və təbliğ etdiyi üçün akademik Nailə Vəlixanlıya Muzey kollektivi adından öz dərin təşəkkürümüzü bildirir və yeni elmi araşdırmalarında nailiyyətlər arzulayırıq. 


Новая книга академика Наили Велиханлы вышла в свет

Вышла в свет книга директора Национального Музея Истории Азербайджана, академика Наили Велиханлы – «Азербайджан в VII-XII веках: история, источники, комментарии». Книга, вышедшая из печати по решению Президиума Национальной Академии Наук Азербайджана, написана на основе первоисточников по истории и географии средних веков и охватывает обширный круг вопросов истории Азербайджана шести веков – нахождения в составе Арабского Халифата, экономического и культурного подъёма начала XIII века и прерванного монгольским нашествием.   

В книге также приводятся переводы комментариев к пятнадцати арабоязычным источникам, затрагивающих различные аспекты коренных изменений, произошедших в Азербайджане вследствие арабского завоевания. Уделено большое внимание и проблематике взаимоотношений феодальных государств IX-XII веков, а также связей Халифата с Азербайджаном.

Книга представляет большой интерес для историков, востоковедов и лиц, интересующихся вопросами истории и исторической географии Азербайджана средних веков.

Коллектив Музея Истории выражает признательность академику Наиле Велиханлы за большой вклад в деле пропаганды и популяризации истории Азербайджана периода средних веков и желает ей дальнейших успехов на научном поприще.

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ