Milli Azərbaycan Tarixi Muzeyinin qocaman əməkdaşı, əməkdar mədəniyyət işçisi Musa Müzəffər oğlu Nəsirov 67 yaşında vəfat etmişdir.
Musa Nəsirov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra, 1966-cı ildə Azərbaycan Tarixi Muzeyində fotoqraf vəzifəsinə işə qəbul olunmuş və o vaxtdan fasiləsiz olaraq bu vəzifədə çalışmışdır.
İşlədiyi 50 il ərzində Musa Nəsirov Muzeyin keçdiyi yolu fotoşəkillərə həkk edərək Muzeyin tarixi salnaməsini yaratmışdır. İşıq üzü görən onlarla kitablarda yer alan fotoşəkillər, təşkil olunan təbriklərin foto və videoarxivinin yaradılması onun zəhmətinin bəhrəsidir.
Musa Nəsirov 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına da layiq görülmüşdür.
Musa Nəsirovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!
Соболезнование
Сотрудник Национального Музея Истории Азербайджана, заслуженный работник культуры Муса Музаффар оглы Насиров скончался на 67 году жизни.
Муса Насиров родился в городе Баку в 1950 году. После окончания средней школы, в 1966 году он был принят на работу в Музей Истории Азербайджана в качестве фотографа, и с тех пор неизменно занимал эту должность.
На протяжении 50 лет Муса Насиров запечатлел на фотопленку деятельность Музея Истории, в десятках книг и альбомов можно видеть снятые им фотографии, оставил после себя Муса-муаллим и обширный видеоархив.
В 2010 году распоряжением президента Азербайджана господина Ильхама Алиева Муса Насиров был удостоен почетного звания «Заслуженный деятель культуры».
Память о Мусе Насирове останется в сердцах знавших его людей. Allah rəhmət eləsin!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.