XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Yanvar, 2017
Elmi Şuranın ilk iclası keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2017-ci il üçün Elmi Şuranın ilk iclası keçirildi.


Elmi Şurada aşağıdakı məslələr müzakirə olunmuşdur: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilər; fəlsəfə və elmlər doktoru dissertasiya mövzularının müzakirəsi; cari məsələlər.

İclasda çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən AMEA-nın müxbir üzvlüyünə Muzey tərəfindən irəli sürülən namizədlər haqqında məlumat vermişdir.

Daha sonra Şurada Muzeyin AMEA-nın müxbir üzvlüyünə namizədlər açıq səsverməyə çıxarılıblar. Açıq səsvermə nəticəsində AMEA-nın müxbir üzvlüyünə seçkilərdə iştirak etmək üçün Muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Ağasəlim qızı Əliyeva və Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Məhəmməd oğlu Rəcəblinin namizədliyi irəli sürülmüşdür.

İclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə davam etmişdir.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ