XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 May, 2016
Muzeyin ekspozisiyasında yeni eksponatlar nümayiş olunur

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında qadın bəzək əşyaları bölməsində yeni eksponatlar nümayiş olunur.


 Zərgərlik sənəti nümunələri Azərbaycanda çox zəngin olmaqla yanaşı, uzun bir yol keçib. Dövrümüzə qədər gəlib çıxan qadın bəzək əşyaları xalqımızın yüksək zövqündən və mədəniyyətindən xəbər verir. 

Muzeydə nümayiş olunan qiymətli metallar XVIII əsrin sonu -XIX əsrin əvvəllərinə təsadüf edir.  Bu eksponatlar gümüş toqqa, gümüş baş bəzəyi və qızıl təsbehdən ibarətdir.

Qadın bəzək əşyası olan gümüş kəmər XVIII əsrin sonlarına aid olub qarasavat işləməlidir. Gümüş baş bəzəyi iki iri lövhədən ibarət olub, üzəri yarpaqvarı və buta formalı lövhələrlə bəzədilmişdir. Çəkisi 572 qr.-dır. Təsbeh qızıl və qara daş muncuqlardan ibarət olub, qotazı güləbatın saplardandır.

Yeni nümayiş olunan bu tarixi əşyalar Qadın bəzək əşyaları bölməsində xüsusi yer tutur və gələn tamaşaçıların marağına səbəb olur.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

 

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/