Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadır.
Onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş “başlıq”dır.
“Başlığ”ın alınlıq hissəsi qarasavat işləmə texnikası ilə nəfis bitki naxışlarla, arxa hissəsinin zəncirlər silsiləsi isə gümüş sikkələr və incə asma qozalarla bəzədilmişdir.
Alınlıq hissənin daxili hissəsində h. “1337” (m. 1918/1919) tarixi həkk edilmişdir. Bu da öz növbəsində zərgərlik nümunəsinin hazırlanma tarixi dəqiqləşdirməyə əsas verir.
Muzeydə mühafizə olunan digər maddi-mədəniyyət nümunələri kimi “başlığ”ın da gələcək nəsillərə ötürülməsi üçün xüsusi diqqət ayrılmışdır. Belə ki, zərgərlik nümunəsi Bərpa laboratoriyasının bərpaçı-dizayneri V.Xüdaverdiyev tərəfindən bərpa və konservasiya olunmuşdur.
Из шедевров Особого фонда Национального Музея Истории Азербайджана: Головные украшения
В коллекциях Особого фонда Национального Музея Истории Азербайджана хранится ряд замечательных образцов материальной культуры – женские головные украшения конца XIX – начала XX веков. Одним из таких экспонатов является серебряное навершие на женский головной убор, относящееся к первой половине XX века.
На внутренней части экспоната выгравирована дата «1337 г. Хиджры» (1918-1919 гг.), что позволяет определить точную дату изготовления.
Процесс реставрации и консервации ювелирного изделия был произведен дизайнером-реставратором В.Худавердиевым.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.