Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqini, təbliğini və mühafizəsini həyata keçirən elmi-tədqiqat müəssisəsi olaraq əvvəlki illərdə olduğu kimi, bu yaxınlarda da fondlarını zənginləşdirmək məqsədilə maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirmişdir.
Qəbul edilmiş təsadüfi tapıntılar arasında 7 ədəd saxsı qab da var. Bunlar 2016-cı ildə Qobustan rayonunda Qurbançı kəndinin ərazisində aparılmış kanal qazıntısı zamanı tapılmışdır.
Tapıntıların hamısı məişətdə istifadə olunmuş mətbəx və süfrə qablarıdır. Saxlanma vəziyyətlərinə görə dörd ədədi natamam, üçü tamdır. Tapıntılar Arxeologiya fonduna təhvil verilmişlər. Arxeologiya fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə tapıntılar hazırlanma formasına və bədii tərtibatına görə Xınıslı abidəsinin həmdövr qabları ilə oxşarlıq təşkil edirlər. Yeni qəbul olunmuş qablar əldə formalaşdırılsalar da, səliqəli və nəfis hazırlanmışrlar.
Tapıntıların dövrünə gəldikdə isə, müqayisəli təhlillər əsasında onların antik dövrə, daha dəqiq desək e.ə. IV-II əsrlərə aid olması ehtimal edilmişdir. Bu təsadüfi tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqqında dolğun təssəvvür yaradır. Bununla belə bu tapıntılar Qafqaz Albaniyası əhalisinin məişətini və bədii zövqünü özündə əks etdirən məxəz kimi də çox dəyərlidirlər.
В Национальный Музей Истории Азербайджана поступили случайно обнаруженные археологические находки
Среди поступивших в Музей Истории случайных находок – 7 единиц фаянсовой посуды, обнаруженные при строительстве канала в районе села Гурбанчи Гобустанского района. Все обнаруженные образцы посуды использовались для бытовых нужд. 4 единицы посуды – частичной сохранности, 3 – полной сохранности. Находки были переданы в фонд Археологии. По словам руководителя фонда, доктора философии по истории Насира Гулузаде, по форме изготовления и художественному оформлению найденные артефакты имеют сходство с археологическими памятниками Хыныслы.
Касаясь вопроса времени изготовления посуды, то с большой долей вероятности можно утверждать, что найденные артефакты принадлежат периоду античности – IV-II вв. до н.э. Обнаруженные образцы посуды позволяют судить о высоком уровне ремесленного производства в Ширванской зоне в период Кавказской Албании.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.