AMEA-da bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində “Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda musiqili lektoriya keçirilmişdir.
Lektoriyada Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Pərvanə Əzimova da iştirak etmişdir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova və digər natiqlər görkəmli bəstəkar Ü.Hacıbəyliyə həsr olunan lektoriyanın əhəmiyyəti haqqında çıxış edərək dahi bəstəkarın əsərlərinin dünya musiqisi xəzinəsini zənginləşdirdiyini, bu kimi tədbirlərin ictimaiyyət üçün vacibliyini vurğuladılar. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, elm adamları, KİV nümayəndələri iştirak etmiş, ölməz bəstəkarın əsərlərindən nümunələr səsləndirilmişdir.
Tədbirin sonunda P.Əzimova professor Ceyran Mahmudovaya Muzeyin fondlarında mühafizə olunan Ü.Hacıbəylinin şəxsi kolleksiyası haqqında məlumat vermiş, onu muzeyi ziyarət etməyə dəvət etmiş və müəssisələrarası sıx əlaqələrin qurulacağına ümid bəslədiyini bildirmişdir.
Сотрудник Национального Музея Истории Азербайджана принила участие в музыкальном лектории, посвященном выдающему композитору Узеиру Гаджибейли
В Национальной Академии Наук Азербайджана прошел организованный при поддержке Дома Учёных НАНА и Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли лекторий, посвященный великому композитору. В лектории приняла участие и сотрудник отдела внешних связей и научно-массовой работы Национального Музея Истории Азербайджана Парвана Азимова.
Выступившие на лектории президент Национальной Академии Наук Азербайджана, академик Акиф Ализаде, ректор Бакинской Музыкальной Академии, народный артист Фархад Бадалбейли, профессор Музыкальной Академии Джейран Махмудова и другие лица подробно рассказали об огромном вкладе великого композитор Узеира Гаджибейли в сокровищницу мирового музыкального наследия. Ряд присутствовавших на лектории представителей культуры и искусства исполнили отрывки из произведений великого композитора.
В конце мероприятия П.Азимова пригласила профессора Джейран Махмудову посетить Музей Истории и выразила надежду на установление тесных связей между учреждениями.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.