XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Yanvar, 2017
Muzey fondları yeni materiallarla zənginləşir

Milli Azərbaycan Tarixi Muzeyi milli mədəniyyətimizin öyrənilməsində, təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir və mütəmadi olaraq yeni hədiyyələrlə zənginləşir.


Milli Azərbaycan Tarixi Muzeyinə Firuzə Hacıbaba qızı Zeynalova tərəfindən yeni hədiyyələr – Sovet ordusunun general-mayoru Hacıbaba Zeynalova məxsus kortik və qol saatı bağışlanılmışdır.

Kortikin dəstəyi açıq qəhvəyi rənglidir, baş hissəsi qızıl suyuna salınmış latundandır. Dəstəyin üzərində SSRİ-nin qerbi və beş güşəli ulduz, tiyənin üzərində isə “1955” və “NM 0784” yazısı həkk olunub. Kortikin qını qara dəridəndir, üzərinə 3 ədəd lövhə bərkidilib. Qının baş hissəsinin bir üzündə Moskva Kremlinin Spas qülləsi, digər üzündə isə ulduzun içərisində oraq və çəkic təsvir olunub.

Digər eksponat - korpusu sarı metaldan olan qol saatıdır. Hədiyyənin arxa hissəsində rus dilində - «Генерал-майору запаса Зейналову Г. В день 50-летия Вооруженных сил. От министра обороны СССР». «Противоударные. Пылезашитные. 2214» yazısı həkk olunmuşdur. Qəbul edilən materiallar muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda mühafizə olunur. 


Фонды Национального Музея Истории Азербайджана «обогащаются» новыми экспонатами

Личные вещи генерал-майора Советской Армии Гаджибабы Зейналова – кортик и наручные часы были переданы Фирузой Гаджибаба кызы Зейналовой в Национальный Музей Истории Азербайджана.

На верхней части клинке изображен герб СССР, год «1955» и «NM 0784». На одной стороне верхней части кортика изображена Спасская Башня Кремля в Москве, на другой – пятиконечная звезда с серпом и молотом.

Другой экспонат – наручные часы с надписью на оборотной части: ««Генерал-майору запаса Зейналову Г. В день 50-летия Вооруженных сил. От министра обороны СССР». «Противоударные. Пылезащитные. 2214».

Данные материалы переданы на хранение в фонд Подарков и памятных вещей Музея Истории.   

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ