Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq xarici qonaqlar tərəfindən ziyarət edilir. Belə ki, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan malayziyalı qonaq Datin Buşra Naseer Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdir.
O, Muzeyin elmi ekspozisiyası ilə və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi ilə tanış olmuş, buradan xoş təəssüratlarla ayrılmışdır. Xeyriyyəçi və sahibkar H.Z.Tağıyevin fəaliyyətindən təsirlənən malayziyalı qonağın ingilis dilində nəşr olunan “The Globalist” jurnalının növbəti buraxılışında “Hacı Zeynalabdin Tağıyev: Azərbaycanın görkəmli tarixi şəxsiyyəti” adlı məqaləsi işıq üzü görmüşdür.
Məqalədə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin indi Muzeyin yerləşdiyi binada yaşadığı qeyd olunmuş, H.Z.Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, azərbaycanlı gəncləri xarici ölkələrə təhsil almağa göndərməsi, Bakıda ilk qızlar məktəbini açması, həmçinin Azərbaycanda neft hasilatının inkişafında gördüyü işlər barədə ətraflı məlumatlar öz əksini tapmışdır.
Mənbə: AzərTac
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.