2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.
03 iyun 2017-ci il tarixində klubun növbəti məşğələsi təşkil edilmişdir.
“H.Z. Tağıyev və milli şuur” adlı mühazirə Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayeva tərəfindən oxunmuşdur.
Mesenatın ayırdığı maliyyə yardımı əsasında inşa olunmuş təhsil ocaqlarının fotoşəkillərindən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə görkəmli Azərbaycan milyonçusunun sahibkarlıq, maarifçilik, ictimai və xeyriyyəçilik fəaliyyəti xalqımızın milli şuurun formalaşmasına yönəlmiş önəmli təsirindən ətraflı məlumat verilmişdir.
Mühazirədə klubun daimi iştirakçıları ilə bərabər, yeni üzvləri də iştirak etmişdir.
Dinləyicilərin mövzu ilə bağlı verdiyi çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
Sonda 2016-cı ildə “H.Z. Tağıyev klubu”nun məşğələlərində fəal iştirak edən üzvlər sertifikatla təltif olunmuşdur.
Xatırladaq ki, “H.Z. Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü, saat 12:00-da keçirilir.
Qeydiyyat üçün: 493 11 34 (bazar ertəsi-cümə, saat 11:00-16:00)
Keçiddə göstərilmiş anketi doldurmaqla da qeydiyyatdan keçə bilərsiniz: https://clck.ru/AYNmt
Hamınız dəvətlisiniz!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.