XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Yanvar, 2017
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov akademik Nailə Vəlixanlıya məktub göndərmişdir

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov akademik Nailə Vəlixanlıya “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabının nəşr olunması münasibəti ilə məktub ünvanlamışdır.


Məktubda qeyd olunur ki, Azərbaycan və Naxçıvan tarixinin araşdırılmasında xüsusi xidmətləri olan, tarixşünaslıqda yeni elmi istiqamət yaradan akademik N.Vəlixanlının kitabı elmi mənbələrin zənginliyi ilə diqqəti cəlb edir. Kitabın işıq üzü görməsi münasibəti ilə alimi təbrik edən V.Talıbov ona gələcək araşdırmalarında yeni uğurlar arzuladı.

V.Talıbovun məktubunu akademik N.Vəlixanlıya Naxçıvan MR-ın Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Hacıyev təqdim etdi. N.Vəlixanlı böyük diqqətə və xoş sözlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbova öz minnətdarlığını bildirməyi xahiş etdi.


Председатель Верховного Меджлиса Нахчыванской Автономной Республики Васиф Талыбов направил письмо академику Наиле Велиханлы

 12 января председатель Верховного Меджлиса Нахчыванской Автономной Республики Васиф Талыбов направил письмо академику Наиле Велиханлы в связи с выходом книги «Азербайджан в VII-XII веках: история, источники, комментарии». В письме подчеркивается, что книга академика Наили Велиханлы привлекает внимание читателей к истории Азербайджана и Нахчывана и вносит большой вклад в азербайджанскую историографию.

Посылая поздравления Н.Велиханлы в связи с выходом книги, В.Талыбов выразил учёному пожелания дальнейших творческих успехов.

Письмо В.Талыбова было передано академику Н.Велиханлы постоянным представителем Нахчыванской АР в Баку Бахтияром Гаджиевым. В свою очередь, Н.Велиханлы попросила выразить благодарность главе Верховного Меджлиса Нахчыванской Автономной Республики за проявленное внимание и теплые слова.              

 FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ