Milli Azərbaycan Tarixi Muzeyi öz zəngin fondlarında mühafizə olunan maddi mədəniyyət nümunələrinin bərpa edilərək gələcək nəsillərə düzgün çatdırılmasına xüsusi diqqət ayırır.
Xüsusi maraq kəsb edən eksponatlardan biri də 1935-ci ildə Muzeyə hədiyyə olunan XVIII əsrə aid çaxmaqdaşlı tüfəngdir. Dəməşq poladından hazırlanan tüfəngin üzərində cızma üsulu ilə işlənmiş qızılı nəbati naxışlar da var.
Muzeyin Bərpa laboratoriyası fondlarda mühafizə olunan eksponatların konservasiyası və bərpası işini daim diqqət mərkəzində saxladığından bərpaçı-rəssam T.Nəbiyev qeyd olunan eksponatın bərpasına yüksək peşəkarlıqla yanaşmışdır. Bərpaçı-rəssam tərəfindən kimyəvi üsullarla bərpa olunan eksponat mühafizə edilməsi üçün Silahlar və bayraqlar fonduna təhvil verilmişdir.
Из шедевров фонда Оружия и знамен Национального Музея Истории Азербайджана - ружье, относящееся к XVIII веку
Национальный Музей Истории Азербайджана всегда уделял повышенное внимание сохранению материальной культуры народа для передачи, будущим поколениям.
Одним из самых интересных экспонатов является переданное в дар Музею Истории в 1935 году кремневое ружье, относящееся к XVIII веку. Сделанное из дамасской стали, ружье имеет богато украшенные растительным орнаментом узоры.
Художник-реставратор Т.Набиев с большим профессионализмом выполнил реставрацию и консервацию экспоната с помощью химических материалов, и ружье было передано на хранение в фонд Оружия и знамен.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.