XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Yanvar, 2017
Milli Azərbaycan Tarixi Muzeyində “Sabah” qrupu tələbələrinin ilk dərsi keçirilmişdir

17 yanvar 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında mövcud razılaşmaya əsasən Muzeyin auditoriyasında “Sabah” qrupunun tələbələri üçün nəzərdə tutulmuş ilk dərs keçirilmişdir.


Dərs “Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusuna həsr olunmuşdur. Dəvət olunan tələbələr Bakı Dövlət Universitetinin Tarix fakültəsində müvafiq ixtisaslarında təhsil alırlar. 

Mühazirəçi qismində Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə çıxış etmiş, tələbələrə arxeoloji kolleksiyanın toplanması, qorunması, öyrənilməsi və təbliğinə aid geniş məlumat vermişdir. Həmin kolleksiyanın Azərbaycan tarixinin öyrənilməsində əşyavi mənbə kimi rolu və əhəmiyyəti xüsusi olaraq tələbələrin nəzərinə çatdırılmışdır.

Dərsin sonunda tələbələrin sualları cavablandırılmış, müəyyən fikir mübadiləsi aparılmışdır. Dərs Muzeyin Təhsil şöbəsi tərəfindən təşkil edilmişdir. Sonda Təhsil şöbəsinin müdiri Könül Manafova da dərsin mövzusu ilə bağlı öz təklif və tövsiyyələrini səsləndirmişdir.


В Национальном Музее Истории Азербайджана прошёл первый урок для студентов группы «Сабах»

17 января 2017 года в стенах Национального Музея Истории Азербайджана по существующему соглашению с Министерством Образования Азербайджанской Республики прошёл первый урок для студентов группы «Сабах».

Урок на тему «Археологическая коллекция Национального Музея Истории Азербайджана как исторический источник по изучению истории Азербайджана» проходил для студентов исторического факультета Бакинского Государственного Университета соответствующих специальностей.

В качестве лектора выступал руководитель научного фонда археологии Музея Истории, доктор философии по истории Насир Гулузаде, ознакомивший студентов с вопросами изучениям, хранения и популяризации экспонатов из фонда археологии. В конце урока-лекции были даны ответы на интересовавшие студентов вопросы и высказаны различные мнения. Урок был подготовлен отделом образования Музея Истории, руководитель отдела Кёнуль Манафовой высказала свои предложения и советы по теме урока.  

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ