AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Muzeyin Elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun “Aвгустовская резня 1905 г. и вопрос примирения армян и азербайджанцев в политике наместника кавказа И.И.Воронцова-Дашкова” adlı məqaləsi və “Xarici əlaqələr və elmi-kütləvi iş” şöbəsinin müdiri Emin Dadaşovun “1918-ci il mart hadisələri zamanı Bakı şəhərində dağıdılmış ictimai binaların əks olunduğu fotokolleksiya (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məqaləsi Qafqaz Universitetinin “Journals of Qafqaz University” beynəlxalq jurnalının növbəti sayında dərc olunub.
T.ü.f.d. F.Cabbarovun məqaləsində 1905-ci il avqust qətliamından sonra Qafqaz canişinliyinin təşəbbüsü ilə erməni və azərbaycanlılar arasındakı sülhün təmin olunması istəyindən, lakin erməni tərəfinin barışmaz mövqeyi nəticəsində Bakıda yeni etnik münaqişələrin başlamasından bəhs olunub.
E.Dadaşovun məqaləsində isə 1918-ci il mart soyqırımı zamanı Bakıda dağıdılmış ictimai binalar Milli Azərbaycan Tarixi Muzeyinin fotomaterialları əsasında araşdırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.