XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Yanvar, 2017
Muzeydə Əbülfət (Ağaxan) Talışinskiyə aid eksponat

Milli Azərbaycan Tarixi Muzeyi müxtəlif tarixi dövrləri əhatə edən maddi mədəniyyət nümunələri ilə zəngindir.


Belə materiallardan biri Muzeyin zəngin fondlarından olan Sənədli Mənbələr fondunda saxlanılan Əbülfət (Ağaxan) Talışinskinin 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunması haqqında şəhadətnaməsidir. Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Əbülfət (Ağaxan) Talışinski (1885-1949) 1915-ci ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, I Dünya Müharibəsi zamanı hərbi həkim kimi fəaliyyət göstərmişdir. O, 1917-ci ildən Bakıda, Qara şəhər xəstəxanasında həkim işləmiş, 1920-ci ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Əbülfət (Ağaxan) Talışinskiyə məxsus şəhadətnamənin bərpaya ehtiyacı olduğu üçün Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Firuzə Ağayeva tərəfindən yüksək keyfiyyətlə bərpa edilmişdir. Bərpadan sonra isə Sənədli Mənbələr Fonduna təhvil verilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində zəngin mədəniyyətimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək missiyası layiqincə həyata keçirilir və mütəmadi olaraq davam etdirilir.


Экспонат в Музее Истории, принадлежавший Абульфату (Агахану) Талышинскому 

Один из ценных экспонатов Музея Истории, свидетельствующий о развитии медицинской науки в Азербайджане в XX веке – свидетельство о награждении Абульфата (Агахана) Талышинского орденом Святого Станислава 3-ей степени. Видный деятель здравоохранения Азербайджана, доктор по медицинских наук, профессор Абульфат (Агахан) Талышинский (1885-1949) в 1915 году окончил медицинский факультет Киевского Государственного Университета, в годы Первой мировой войны работал врачом. С 1917 года он работал в Баку, в больнице Чёрного города, с 1920 года занимался преподавательской деятельностью на медицинском факультете Азербайджанского Государственного Университета.

Вследствие того, что экспонат требовал реставрации, сотрудница Реставрационной лаборатории Музея Истории художник-реставратор Фируза Агаева вернула экспонату первоначальный облик. После этого материал был передан в Фонд документальных источников.

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ