Azərbaycanın milli-mədəni irsinin qorunmasında və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya elmi-fond şöbəsinin eksponatları da mühüm əhəmiyyətə malikdir.
Belə eksponatlardan biri də XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyidir.
Əl işi olan geyim bəzəyi, qırmızı və göy rəngli ipək parçadan üçkünc formada tikilmiş, ətrafına metal sərmə, güləbətin bafta və kiçik rəngli parçalardan tikmə salınmışdır. Bu növ qadın geyim bəzəkləri maddi mədəniyyətin digər nümunələrindən daha çox xalqın milli xüsusiyyətini əks etdirir.
Eksponatın bərpaya ehtiyacı olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı İ.Rəhimova tərəfindən ənənəvi üsullarla bərpa olunmuş və əvvəlki görkəminə qaytarılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.