Milli Azərbaycan Tarixi Muzeyində 25 yanvar 2017-ci il tarixində, saat 11:00-da Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində “Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)” adlı seminar keçiriləcək.
Seminarın çıxışçıları və məruzələr bunlardır:
a) Ramazan Əsgərli (müstəqil tədqiqatçı), Azər Cəfərov (BDU-nun dosenti) - “Zərrintac Tahirə xanım: ədəbi və ictimai fəaliyyəti”
b) Əli Fərhadov – “İşıq” qəzetinə gedən yol”
Seminarın mövzusu – XIX əsr şairəsi Zərrintac Tahirə Qürrətüleynin anadan olmasının 200 illiyi münasibətilə onun həyat və fəaliyyəti haqqında məlumat vermək, Azərbaycanda və Krım nümunəsində çar Rusiyasında müsəlman qadınların maarifçi fəaliyyətini, qadın azadlığı hərəkatını o dövrdə nəşr edilən qəzet və jurnallar, əsərlər əsasında təqdim etmək, Bab, Bəhaullah, əl-Bakuvi, Molla Ruhulla, mufti Qayıbov kimi mütərəqqi ruhanilərin qadın maarifçiliyinə verdiyi dəstəyi nümunələrlə izah etməkdir.
Tarix: 25. 01.2017-ci il, saat 11:00
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.