XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Yanvar, 2017
Milli Azərbaycan Tarixi Muzeyində növbəti seminar keçirildi

25 yanvar 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində “Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)” mövzusunda seminar keçirilib.


Seminarda XIX əsr azərbaycanlı babi şairəsi Zərrintac Tahirə xanımın anadan olmasının 200 illiyi münasibətilə onun həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycanda və Krım nümunəsində çar Rusiyasında müsəlman qadınların maarifçi fəaliyyəti, qadın azadlığı hərəkatı, mütərəqqi ruhanilərin bunda rolu, o dövrdə nəşr edilən qəzet və jurnallar, həmçinin “İşıq” qəzeti əsasında təqdim edilib.

Seminarda Muzeyin elmi işçisi Əli Fərhadov “İşıq qəzetinə gedən yol”, müstəqil tədqiqatçı, tərcüməçi Ramazan Əsgərli, BDU-nun dosenti Azər Cəfərov, dosent Səlahəddin Eyyubov “Zərrintac Tahirə xanım: ədəbi və ictimai fəaliyyəti”, AMEA-nın doktorantı Südabə Babazadə də qadın maarifçiliyinin müasir problemləri mövzusunda çıxış etdilər.

Tədbirdə Muzey əməkdaşları, Səbail rayonu 2 saylı Texniki-Humanitar Liseyinin dil-ədəbiyyat müəllimi Ellada Həziyeva və 10-cu sinif şagirdləri də iştirak etmişdirlər. 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və bu kimi maarifçi tədbirlərin mütəmadi davam etdiriləcəyi vurğulandı.


 В Национальном Музее Истории Азербайджана прошёл очередной семинар

25 января 2017 года в Национальном Музее Истории Азербайджана в рамках проекта «Роль просвещения молодежи в изучении мировой истории и истории Азербайджана» был проведён семинар на тему «Из истории женского образования в Азербайджане (XIX – начало XX вв.). Темы семинара была посвящены 200-летию со дня рождения известной азербайджанской поэтессы, участницы движения бабидов, Заринтадж Тахиры хану, её жизни и общественной деятельности, вопросам просвещения мусульманок Российской империи на примере Азербайджана и Крыма, позиции мусульманского духовенства, освещению вопросов прав женщин на страницах журналов и газет того периода и т.д.

На семинаре выступили с докладами: сотрудник Музея Истории, научный сотрудник Али Фархадов – «Путь к газете «Ишыг», независимый исследователь, переводчик Рамазан Аскерли, доцент Бакинского Государственного Университета – Азер Джафаров и доцент Салахаддин Эйюбов – «Заринтадж Тахира ханум: литературная и общественная деятельность», и докторант Национальной Академии Наук – Судаба Бабазаде с докладом о проблемах женского просвещения на современном этапе.

В лектории приняли участие сотрудники Музея Истории, учащиеся 10 класса Технико-Гуманитарного Лицея № 2 Сабаильского района города Баку, а также преподаватель литературы лицея Эллада Хазиева.   

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ