XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Yanvar, 2017
Muzeyin əməkdaşları regional seminarda iştirak etmişdirlər

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Belə ki, 25 yanvar 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda keçirilən regional seminarda Muzeyin əməkdaşı iştirak etmişdir.


Muzeyin Elmi fond işləri üzrə direktor müavini t.ü.f.d. Məhfuzə Zeynalova “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan zərgərlik məmulatlarının saxlanması, konservasiyası və bərpası” adlı mühazirə oxumuş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Seminar zamanı təşkil olunan sərgi-satış yarmarkasında Muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyevin zərgərlik əl işləri də sərgilənmiş və böyük marağa səbəb olmuşdur.

Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi, P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşmışdır.


Сотрудники Музея Истории приняли участие в региональном семинаре

Сотрудники Национального Музея Истории Азербайджана регулярно принимают участие в международных мероприятиях. 25 января 2017 года в Азербайджанском Музее Ковра в рамках регионального семинара «Ювелирное искусство в музейном пространстве: вчера, сегодня, завтра» сотрудник Музея Истории – заместитель директора по научно-фондовой работе Музея, доктор философии по истории Махфуза Зейналова выступила с докладом на тему – «Реставрация, консервация и хранение ювелирных изделий из фондах Национального Музея Истории Азербайджана». М.Зейналова ответила также на интересовавшие участников мероприятия вопросы.

На организованной в рамках семинара выставке-продаже ювелирных изделий сотрудник Музея – дизайнер-реставратор Вугар Худавердиев продемонстрировал образцы выполненных им ювелирных изделий, которые вызвали большой интерес присутствующих.  

Региональный семинар был организован совместно Азербайджанским Музеем Ковра, Национальными комитетами ICOM Азербайджана, Грузии и Дагестанским музеем изобразительных искусств имени П.С. Гамзатовой.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ