XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Yanvar, 2017
İtaliyalı qonaqlar Muzeyin elmi nəşrləri ilə tanış olmuşdurlar

26 yanvar 2017-cı il tarixində AMEA-nın əsas binasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunmuşdur.


Seminar iştirakçıları qeyd olunan binada fəaliyyət göstərən daimi sərgi ilə tanış olmuşdurlar.

Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşı Pərvanə Əzimova qonaqlara sərginin Muzeyə ayrılmış stendində nümayiş etdirilən elmi nəşrlər haqqında məlumat vermişdir.

Adı çəkilən seminarda AMEA-nın vitse-prezidenti v.i.e., akademik Dilqəm Tağıyev,  İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Paolo Kutillo, İtaliya Milli Sağlamlıq İnstitutunun professoru Pietro Komban, doktor Daniela Marsilin, doktor Laura Açenen, doktor Luici Turrio Baldassarrin də çıxış etmiş və hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin genişləndirilməsinin önəmini vurğulamışdırlar.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ