XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Yanvar, 2017
Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təqdimat mərasimində iştirak etmişdir

İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyində “Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təntənəli təqdimat mərasimi keçirilmişdir.


Tədbirdə elmi akademik dairələrin nüfuzlu nümayəndələri, Böyük Britaniya hökuməti və parlamentinin üzvləri, Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistanla ticarət üzrə xüsusi elçisi Baronessa Nikolson da tədbirdə iştirak etmişdirlər.

Qonaqları giriş sözü ilə salamlayan “Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun sədri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Fondun Azərbaycan və Böyük Britaniya arasında elmi, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində yeni mərhələnin olduğunu qeyd etmişdir. 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin İlahiyyət fakultəsinin dekanı, professor Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq şairi Anar Rzayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Dövlət Flarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlov fəxri qonaq qismində Azərbaycanı təmsil  etmişdirlər. 

Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iki ölkənin elmi fəaliyyətinin genişləndirilməsini, Azərbaycan və Böyük Britaniya muzeyləri arasında mədəni körpülərin qurulmasının vacibliyini qeyd edərək demişdir: "Bu tədbirdə dünya şöhrətli alimlərin iştirakı elmə nə qədər böyük diqqət göstərildiyinin sübutudur. Bu isə elm və mədəniyyət xadimləri arasında da böyük maraq doğurur və münasibətlərimizin inkişafına öz böyük töhfəsini verəcəkdir".

Tədbir bədii hissə ilə davam etmişdir.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ