Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub.
Sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayiş olunur. Nümayiş olunan eksponatların bir qismi e.ə. XIII - b.e. VII əsrlərinə aiddir, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə məxsusdur.
Qeyd etmək lazımdır ki, eksponatların böyük bir qismi ilk dəfədir nümayiş olunur. Sərginin keçirilməsində məqsəd əcdadlarımızın yaratdığı maddi dəyərləri düzgün tədqiq və təbliğ etmək, unudulmaq və yad əllərə düşmək təhlükəsindən onları xilas etmək üçün gənc nəslə, tədqiqatçılara sağlam şəkildə çatdırmaqdır.
Sərgiylə tanış olan şagird, tələbə, yerli və xarici qonaqların çoxsaylı rəyləri ilə tanış olan zaman qarşıya qoyulmuş məqsədə nail olduğumuzu deməyə imkan verir. Belə ki, 10 noyabr 2016-cı il tarixindən 30 dekabr 2016-cı il tarixinə qədər olan müddətdə “Qadın geyim bəzəkləri” sərgisi ilə 3 000-dən çox ziyarətçi tanış olmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyi də öz növbəsində ziyarətçilərin rəy və istəklərini nəzərə alaraq “Qadın geyim bəzəkləri” sərgisinin müddəti mart ayının 1-dək uzatmışdır.
По просьбе посетителей продлён срок проведения выставки “Qadın geyim bəzəkləri”
Созданная на экспонатах Национального Музея Истории Азербайджана выставка “Qadın geyim bəzəkləri” посвящена истории украшений в женской одежде в Азербайджане.
На выставке представлены более 200 экспонатов – головные украшения, пуговицы, воротники, перчатки, броши, ремни, украшения для ног, вышивка и т.п. Часть экспонатов относится к XIII до н.э. – VII в. н.э., часть – к XIII-XX вв. Необходимо отметить, что большая часть экспонатов выставки демонстрируется впервые.
Благодарственные отзывы учеников, студентов, граждан Республики и иностранных государств позволяют судить об успехе выставки. Таким образом, общее количество посетителей выставки в период с 10 ноября по 30 декабря 2016 года превысило 3 000 человек. В свою очередь, Национальный Музей Истории Азербайджана, принимая во внимание многочисленные просьбы посетителей, продлил работу выставки “Qadın geyim bəzəkləri” до 1 марта 2017 года.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.