Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda “1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri” adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılmışdır.
Cari ildə aparılan işlər əvvəlki illərdəki tədqiqatların davamı olub, layihənin son mərhələsini təşkil edir.
Tədqiqatların fevralın 12-də yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə arxeoloqlar, AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Remi Berthon (paleontoloq) rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva (rəssam), Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları, dosent-doktor Katerina Marro (arxeoloq), fəlsəfə doktoru Nikolas Qailhard (arxeoloq) və fəlsəfə doktoru Marie Orangedir (arxeo-kimyaçı).
Tədqiqat işləri əsasən Arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsindən, qrafik və foto təsvirlərinin çəkilməsindən, metal və obsidian alətlərin analizlərinin aparılmasından, eləcə də onlara aid məlumatların dəqiqləşdirilməsindən ibarətdir. Sonda əldə olunacaq məlumatlar ümumiləşdirilərək nəşr olunacaq.
В Национальном Музее Истории Азербайджана возобновил работу международный проект
В эти дни в Национальном Музее Истории Азербайджана в фонде археологии проводятся исследования в рамках междунродного проекта «Повторные исследования обнаруженных в 1951-1964-х годах при раскопках в Кюльтепе I археологических материалов». Проводимые в текущем году исследования являются продолжением работ по изучению материлов фонда Археологии прошедших лет.
Окончание исследований намечено на 12 февраля текущего года. Проект курируется руководителем отдела Нахчыванского отделения Академии Наук Азербайджана, членом-корреспондентом НАНА, доктором исторических наук Вели Бахшалиевым и сотрудником Национального Исследовательского Центра Франции доктором философии Реми Бертоном (палеонтолог). Участники проекта: преподаватель Нахчыванского Государственного Университета Физза Гулиева (художник), сотрудники Национального Исследовательского Центра Франции, доцент-доктор Катерина Марро (археолог), доктор философии Николас Гаилхард (археолог) и доктор философии Мария Орангедир (археохимик).
Основная цель – определение размеров экспонатов, фотосъёмка и графическое изображение материалов, химический анализ изделий из металла и обсидианта и т.д. Итоги исследований найдут отражение в последующих публикациях.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.