XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Aprel, 2016
Muzeydə multikuturalizm mövzusunda növbəti tədbir keçirildi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar aprelin 18-də Milli Azərbaycan Tarixi Muzeyində orta məktəb şagirdləri və tələbələr üçün multikulturalizm mövzusunda növbəti seminar keçirildi.


 

 Tədbirdə Ali Neft məktəbinin, Müasir İnnovasiyalar liseyinin şagirdləri və Odlar Universitetinin tələbələri iştirak etdilər. Seminarı Muzeyin elmi işçisi Əli Fərhadov açaraq, multikulturalizmin mahiyyəti və Azərbaycanda multikulturalizmin həyat tərzi olması haqda məlumat verdi. O, bu kimi tədbirlərin prezidentin fərmanına uygun olaraq gələcəkdə də davam edəcəyini bildirdi.

 Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusu üzrə “Multikulturalizm tendensiyası” adlı məruzə ilə cıxış etdi. O, çıxışında qeyd etdi ki, Qərb ölkələrində mültikulturalizmin meydana gəlməsi əsasən orta əsrlərə təsadüf edir. Ümumi mənada Qərb ölkələri həm öz aralarında, həm də islam, Çin və digər sivilizasiyalar ilə bu dövrdə ciddi şəkildə münasibət qururdular.

 XVI əsrdən başlayaraq Con Lokk, Stuart, Tomas, Monteskyu, Viko və Herder kimi mütəfəkkirlərə istinad edən və müasir dövrdə Con Roulz, Con Raz, Vill Kimilika kimi multikulturalizm mütəxəssisləri tərəfindən təmsil olunan “Liberal-Konvensional” multikulturalist anlayış və vətəndaşlıq modelidir.  Rəşad müəllim  bildirdi ki, Avropada multikulturalizmin iki əsas qaynağı var. Birincisi milli azlıq, ikincisi isə immiqrantlardır. Seminarda multikulturalizmin fəlsəfi, elmi əsasları, Qərb və Azərbaycan ölkələrində multikulturalizmin müqayisəli təhlili məruzəçi tərəfindən izah edildi. Sonda şagird və tələbələrin sualları ətraflı cavablandırıldı. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/