2 fevral 2017-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin kiçik elmi işçisi Pərvanə Əzimova “Gənclər günü” münasibətilə Park İnn Baku Hoteldə keçirilən tədbirdə iştirak etmişdir.
Tədbirdə Milli Məclisin deputatları Adil Əliyev, Fuad Muradov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digərləri çıxış etmişdir.
Çıxışçılar qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi olaraq ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Çıxışçılar Azərbaycan gəncliyinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursa sadiq olacağına inandıqlarını bildirmişlər.
Qeyd edək ki, Azərbaycanda “Gənclər günü” 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 fevral tarixində qeyd olunur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.