XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Fevral, 2017
Muzey əməkdaşı Tovuz rayonunda ezamiyyətdə olmuşdur

2 fevral 2017-ci il tarixində AMEA-nın Vitse-prezidenti, akademik İsa Həbibbəylinin tapşırığı əsasında AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevlə birlikdə Tovuz rayonuna ezam olunmuşdu.


Onların ezam olunmasında əsas məqsəd bölgə telekanallarında və sosial şəbəkələrdə Əyyublu kənd sakininə məxsus maddi mədəniyyət nümunələrindən ibarət kiçik kolleksiya haqqında yayılmış məlumatların araşdırılması idi. Kolleksiya ilə tanışlıq zamanı məlum olmuşdur ki, həmin kolleksiyada əsasən bölgə əhalisinin həyat tərzinə və məişətinə məxsus, XIX və XX əsrlərin əvvəllərinə aid etnoqrafk materiallar saxlanılır. Bunlar arasında əsasən misdən hazırlanmış kasaları, səhəngləri, siniləri, sərpugu, şirli və şirsiz küpələri, ağac və metal əmək alətlərini qeyd etmək olar.

Kolleksiyaya etnoqrafik materiallarla yanaşı sovet dövrünün pulları, təbiətin yaratdığı maraqlı daş nümunələri və təsadüfi tapıntılar da daxil idi. Vətəndaş Mübariz Mehralıyevə məxsus həmin kolleksiyada yer almış arxeoloji materiallar əsasən son tunc və ilk dəmir (e.ə. II minilliyin sonu-I minilliyin əvvəlləri) və antik dövrlərinə aid keramika məmulatından və metal əşyalardan ibarətdir.

Ümumən kolleksiyada iyirmi dörd ədəd arxeoloji material qeydə alınmışdır. Maddi mədəniyyət nümunələrinin müxtəlif insanlardan satın və hədiyyə alınaraq toplanıldığı müəyyənləşdirildi. Sorğu əsasında M.Mehralıyev heç bir qanunsuz arxeoloji qazıntı işlərini aparmadığını və kolleksiyada saxlanılan materialların satışı ilə məşğul olmadığını bildirmiş, bölgənin tarixinin təbliği məqsədilə işlədiyi yerdə sərginin təşkil olduğunu söyləmişdir. Kolleksiyaya daxil olan bütün maddi mədəniyyət nümunələri bölgə əhəmiyyətlidir.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ