XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Fevral, 2017
Muzeydə açıq dərs keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq şagird və tələbələr üçün açıq dərslər keçirilir. Növbəti belə açıq dərs Nizami rayon 227 saylı tam orta məktəbin şagirdlərinə keçirildi.  Açıq dərs Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova tərəfindən  aparılmışdır.


Dərs Muzeyin eksponatları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisinə, Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunmuşdur. G.Abdulova “Qadın geyim bəzəkləri” sərgisində  ilk dəfə kompleks şəkildə nümayiş olunan şairə Xurşidbanu Natəvanın geyimləri haqqında şagirdlərə məlumat vermişdir.

Həmçinin dərsdə sərgidə nümayiş olunan 200-dən artıq etnoqrafik eksponat haqqında danışılmışdır.

G.Abdulova şagirdlərə əcdadlarımızın yaratdığı maddi-mənəvi dəyərləri unutmamağı, milli-mədəni irsimizi öyrənməyi və təbliğ etməyi tövsiyyə etmişdir.

Dərsin sonunda şagirdlərin sualları mühazirəçi tərəfindən cavablandırılmışdır.


В Музее был проведён открытый урок

В Национальном Музее Истории Азербайджана регулярно проводятся открытые уроки для учащихся средних школ и студентов. Очередной открытый урок для учащихся средней школы № 227 Низаминского района был проведён руководителем отдела этнографии Музея, доктором философии по истории Гюльзадой Абдуловой. Урок был посвящен истории более чем 200 экспонатов, составивших основную часть материалов для выставки «Qadın geyim bəzəkləri», проходящей в Музее Истории. Также Г.Абдулова обратила внимание учащихся на впервые демонстрирующиеся для широкой аудитории предметы из личного гардероба известной поэтессы Хуршидбану Натаван. 

Ведущий этнограф Музея Истории посоветовала учащимся изучать и популяризировать материальное наследие народа.

В конце урока Г.Абдулова ответила на интересовавшие учащихся вопросы. 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ