Bu gün Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Muzey və məktəb: əməkdaşlıq yolları” layihəsi çərçivəsində Bakı şəhərinin kənd və qəsəbə məktəblərinin direktorları ilə dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin sektor müdiri Almaz Əsgərova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov və Bakı şəhərinin 33 kənd və qəsəbə məktəbinin direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, qonaqları salamladı və Milli Azərbaycan Tarixi Muzeyinin ümumtəhsil məktəbləri ilə əlaqələrinin və əməkdaşlığın əhəmiyyətindən danışdı. N.Vəlixanlı bildirdi ki, məktəblilərin Azərbaycan tarixini ətraflı öyrənmələri üçün Muzeyin ekspozisiyalarında ekskursiya keçmələri və açıq dərslərdə iştirak etmələri vacib amildir.
Sonra Almaz Əsgərova çıxış etdi. O, Muzeylə əməkdaşlıqdan məmnun olduğunu bildirdi və bu əlaqələri təhsilimizin gələcək inkişafına mühüm töhfə kimi qiymətləndirdi. Almaz xanım Muzey və ümumtəhsil məktəbləri arasında gələcəkdə nəzərdə tutlan layihələrlə bağlı öz fikirlərini və tövsiyyələrini bildirdi.
Daha sonra Afiq Əzizov öz çıxışında MATM-da məktəblilər üçün yaradılan bu şəraitin təqdirəlayiq olduğunu və bu təşəbbüsə görə Nailə xanıma xüsusi minnətdarlığını bildirdi.
Dəyirmi masa arxasında keçiriliən disskusiyada Muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, Xarici Əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova və məktəb direktorları müzakirələr aparıb öz mülahizələrini bildirdilər.
Tədbirin sonunda, Nailə xanım məktəb direktorları və Muzey arasında keçirilən bu görüşün Azərbaycan tarixinin ətraflı olaraq öyrənilməsində, gənclərin dünyagörüşünün formalaşmasında xüsusi rolu olacağını bildirərək, bu yolda hər kəsə uğurlar dilədi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.