Rus dilində çap olunan «İrs-Наследие» beynəlxalq jurnalının növbəti nömrəsində (№ 1 (85), 2017, s.24-29) Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin elmi işçisi Sevil Qazıyevanın “У истоков формирования профессиональных музыкальных кадров в Азербайджане (1920-1940)” (“Azərbaycanda peşəkar musiqili kadrların formalaşmasının mənşəyi (1920-1940)”) adlı məqaləsi nəşr olunub.
Məqalədə müəllif Milli Azərbaycan Tarixi Muzeyinin materiallarından istifadə edərək, Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimləri və Azərbaycanda professional (peşəkar) musiqi təhsilinin formalaşmasının tarixi haqqında məlumat verir.
Muzey kollektivi adından S.Qazıyevanı təbrik edir və yeni elmi nailiyyətlər arzu edirik.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.