XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Fevral, 2017
ICOM-un ICMAH Komitəsinin katibi Burçak Madran Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub

Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq xarici qonaqların maraq dairəsindədir. Belə ki, ICOM (Beynəlxalq Muzeylər Şurası)-un ICMAH (Arxeoloji və Tarixi Kolleksiyalar və Beynəlxalq Muzeylər Komitəsi) Komitəsinin katibi Burçak Madran və onu müşayət edən qonaqlar  Muzeyi ziyarət ediblər.


Qonaqları Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq, onları Muzeydə görməkdən məmnun olduğunu bildirib. Burçak xanım tariximizin ən qədim dövrdən bü günə qədər əks etdirdiyi ekspozisiya zalları ilə və Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə yaxından tanış olmuşdur.

Daha sonra  Muzeyin direktoru Nailə xanım Vəlixanlı və Elmi Fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova Burçak Madranla gələcəkdə muzeylər arasında elmi-praktiki konfrans və sərgilərin təşkil edilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar Muzeydən xoş təəssüratlarla ayrılıblar. 


FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ