Çoxcildlik “Azərbaycan arxeologiyası”nın V cildi üzərində işin tamamlanması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Muzeyin Arxeologiya fondunda saxlanılan erkən orta əsrlərə aid arxeoloji materialların foto şəkillərinin çəkilişinə başlamışlar.
İlkin mərhələdə Mingəçevir, sonrakı mərhələlərdə isə Torpaqqala və digər abidələrdən tapılmış erkən orta əsr tapıntılarının foto şəkilləri çəkiləcəkdir. Həmin tapıntıların foto şəkillərinin çəkilməsi ilə yanaşı, onların qeydiyyat nömrələri, tapılma vaxtları və məkanları ilə bağlı zəruri məlumatlar da qeydə alınır. Toplanmış bütün məlumatlar və foto şəkillər müəyyən redaktələrdən sonra çapa hazırlanan “Azərbaycan arxeologiyası”nın V cildinə əlavə ediləcəkdir. Bu işlərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarına Muzeyin Arxeologiya elmi-fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadə də yaxından köməklik edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.