2016-cı il aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA Folklor İnsitutunun birgə layihəsi olan “Qarabağ əfsanələri” adlı nəşrin təbliğat xarakterli açıqca toplusunun təqdimatı və Mərkəz ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq Memorandumu imzalanma mərasimi keçirildi.
Tədbiri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Məzahir Qarayev açaraq, Milli Azərbaycan Tarixi Muzeyi ilə imzalanan Memorandumu yüksək qiymətləndirdi.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, Elmi fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova, ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva, Kadrlar şöbəsinin müdiri Gülşən Əliyeva, Elmi – ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov, Elmi-maarif şöbəsinin müdiri Bəxtiyar Sayılov, Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə, Bayraqlar və silahlar fondunun müdiri Sevinc Vahabova, Foleristika və gliptika fondunun müdiri Sənubər Qasımova, Xarici əlaqələr və elmi kütləvi işlər şöbəsinin aparıcı elmi işçisi Bəhmən Kərimov, Xarici əlaqələr və elmi kütləvi işlər şöbəsinin kiçik elmi işçisi Nüşabə Əsədova iştirak etdilər.
Akademik Nailə Vəlixanlı çıxış edərək qeyd etdi ki, müqavilənin məqsədi Azərbaycan xalqının milli-mənəvi, tarixi sərvətlərinin, mədəni-tarixi abidələrinin təbliği və tanıdılması, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunması və digər mədəniyyət təsisatları arasında fəaliyyətin birgə əlaqələndirilməsi, muzey və digər mədəniyyət müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edən tədbirlərin görülməsi sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir. Nailə xanım həmçinin iki elmi müəssə arasında imzalanan müqavilənin yüksək səmərəliyini qeyd edərək qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçiriləcəyinə inamını bildirdi.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Əməkdaşlıq Memorandumunu AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru , akademik Nailə Vəlixanlı və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Asif Usubəliyev arasında imzalanmışdır. Daha sonra Elmi-Metodiki Mərkəz tərəfindən Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya Fəxri Diplom təqdim olundu.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.