Muzeydə mütəmadi olaraq seminar, açıq dərs və mühazirələr təşkil olunur. Belə tədbirlərdən biri də Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin təşkilatçılığı ilə keçirilmiş art-ekspert, rəssam Yuliya Tarasenkonun Renessans (İntibah) dövrü sənətkarlarının universallığına həsr olunmuş açıq mühazirəsi olmuşdur.
Mühazirə dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda qarşılıqlı hədiyyə mübadiləsi olmuşdur. Belə ki, Y.Tarasenko çəkdiyi rəsm əsərini Muzeyə hədiyyə etmişdir. Öz növbəsində, Muzeyin Elmi fond işləri üzrə direktor müavini M.Zeynalova və Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri E.Dadaşov qonağa Muzeyin nəfis tərtibatlı nəşrlərini hədiyyə etmiş və gələcək əməkdaşlıq planları müzakirə olunmuşdur.
Xatırladaq ki, ukraynalı rəssam artıq ikinci dəfədir ki, Muzeyimizin qonağı olur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.