XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Fevral, 2017
Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çap olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyin illik toplusu olan “Milli Azərbaycan Tarixi Muzeyi – 2016” toplusu işıq üzü görmüşdür. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.


Toplu yeddi hissədən - “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Sənətşünaslıq”, “Millət atası”, “Yubileylər” və “Muzeyin həyatından” bölmələrindən ibarətdir. Burada Muzey əməkdaşlarının və başqa alimlərin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunmuşdur. topluda 39  müəllifin məqaləsi yer alıb.

Muzey tərəfindən hər il ənənəvi olaraq nəşr olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.


Сборник статей Национального Музея Истории Азербайджана вышел из печати

Вышел в свет очередной ежегодный сборник статей Национального Музея Истории Азербайджана – «Национальный Музей Истории Азербайджана-2016». Учредителем и главным редактором сборника является директор Музея, академик Наиля Велиханлы и выпуск сборника статей принимался по решению Научного Совета Музея. 
Сборник состоит из 7 разделов: «Коллекции Музея как исторический источник по изучению отечественной истории», «История», «Археология», «Искусствоведение», «Отец нации», «Юбилеи», «Из жизни Музея». В этих разделах публикуются научные статьи сотрудников Музея Истории и других исследователей на азербайджанском и русском языках. В сборнике нашли отражение статьи 39 авторов.

Выпускаемый каждый год сборник статей Музея Истории является ценным источником для изучения истории нашей Родины.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ