Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub (Bakı: “Elm və təhsil”, 2016, 56 səh.). Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifləri - Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovdur.
Kitab-albom Azərbaycan elminin arxeologiya, etnoqrafiya və coğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli alim Davud bəy Şərifovun anadan olmasının 130-cu ildönümünə həsr olunmuşdur. Onun ən böyük xidmətlərindən biri isə XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi dəstəkdir.
Kitab-albom D.Şərifovun həyat və elmi yaradıcılığına həsr olunmuş xüsusi bölmələrdən, eləcə də foto təsvirlərdən ibarətdir. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab-albom Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Milli Azərbaycan Tarixi Muzeyinin elmi arxiv sənədlərindən istifadə olunmaqla ərsəyə gətirilmişdir.
Muzeyin kollektivi adından kitab-albomun müəlliflərini təbrik edir, yeni elmi nailiyyətlər arzu edirik.
Вышла из печати книга-альбом о выдающемся учёном Давуде Шарифове
Вышла из печати книга-альбом, посвященная жизни и деятельности Давуд бека Шарифова (Баку: «Наука и образование», 2016, 56 стр.). Научный редактор книги-альбома – директор Национального Музея Истории Азербайджана, академик Наиля Велиханлы, авторы – заместитель директора по научной работе, доктор философии по истории – Наргиз Алиева, руководитель научного фонда археологии, доктор философии по истории Насир Гулузаде и младший научный сотрудник вышеуказанного фонда Эмин Мамедов.
Книга-альбом раскрывает роль и место выдающегося учёного Давуд бека Шарифова в изучении археологии, этнографии и географии Азербайджана и посвящена 130-летию со дня его рождения. Также подробно описывается вклад Давуд бека Шарифова в развитие музейного строительства в Азербайджане в 20-е годы XX века.
Следует отметить, что книга-альбом написана на основе широкого пласта архивных источников из фондов Национальной Академии Наук Азербайджана, Азербайджанского Государственного Педагогического Университета и Национального Музея Истории Азербайджана. Книга-альбом представляет большой интерес для специалистов и широких кругов общественности.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.