Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq açıq dərslər keçirilir. Belə ki, məktəblilər üçün keçirilən “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” aylıği çərçivəsində Nərimanov rayon 39 №-li tam orta məktəbin 6-ci sinif şagirdləri üçün açıq dərs təşkil edilmişdir.
Dərs Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Aygün Quliyeva tərəfindən aparılmışdır. A.Quliyeva Muzeyin eksponatları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisində məktəblilərə Azərbaycanın geyim mədəniyyəti və bəzəkləri haqqında ətraflı məlumat vermişdir.
Dərsin sonunda sərgi ilə yaxından tanış olan məktəblilərin sualları mühazirəçi tərəfindən cavablandırılmış, bu kimi dərslərin gələcəkdə də keçiriləcəyi vurğulanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.