Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi ilə əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Azərbaycan multikulturalizmi” mövzusunda silsilə tədbirlər layihəsi çərçivəsində “Misir - Azərbaycan multikultural əlaqələri tarixindən” adlı seminar təşkil edilmişdir.
Tədbirdə Muzey əməkdaşları, Səbail rayonu 2 saylı Texniki-Humanitar liseyin şagirdləri iştirak etmişdir.
Seminarda Muzeyin elmi işçisi Əli Fərhadov - “Curci Zeydanın yaradıcılığı və azərbaycanca tərcümələri haqqında”, Əhməd Sami (Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri) - “Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyəti haqqında: tarixi baxış” mövzusunda məruzə etmişdir.
Ə.Fərhadov öz məruzəsində Misir yazıçısı C.Zeydanın yaradıcılığı və XX əsrin əvvəllərində onun əsərlərini azərbaycancaya tərcümə edən Bakı qazısı əl-Bakuvi, M.Mirbağırov, Ə.Müznib kimi ziyalıların fəaliyyəti və bunun İslam həmrəyliyi baxımından əhəmiyyəti haqqında məlumat vermişdir.
Cənab Ə.Sami isə Misir-Azərbaycan əlaqələrinin tarixindən, Misir universitetlərində təhsil alan azərbaycanlılardan, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyəti mövzusunda çıxış etmişdir.
Seminarın sonunda iştirakçıların sualları cavablandırıldı və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyi vurğulandı.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.