XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Aprel, 2016
Muzeyin elmi işçisi E. Dadaşov İstanbulda keçirilən simpoziumda çıxış etmişdir

    Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Emin Dadaşov Türk Tarix Qurumu tərəfindən İstanbul Universitetində təşkil olunmuş “Mədəniyyət, şəhər və memarlıq” beynəlxalq simpoziumunda məruzə ilə çıxış etmişdir.


    E.Dadaşovun “1918 yılı bahar-yaz aylarında Bakü’de kamu binalarının yıkılması dönemin fotolarında” adlı məruzəsi dövrün fotomateriallarından istifadə edilərək hazırlanmış foto-slaydla müşaiyət edildi. Məruzədə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda mühafizə olunan fotomaterialların tədqiqatı əsasında 1918-ci il mart-aprel aylarında Bakıda daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilmiş qətliam, talan və dağıntıların miqyasını; dağıdılmış ictimai və dini binaların Qafqaz müsəlmanlarının həyatında oynadığı rolu; bu abidələrin məhvi zamanı istifadə olunmuş silah növlərini və üsulları araşdırmaq mümkünlüyü barədə məlumat verildi. Bu fotomaterialların aktuallığını nəzərə alaraq istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinin diqqətinə ermənilərin azərbaycanlılara qarşı tarixboyu törətdikləri insanlığa sığmayan vəhşiliklərin çatdırılmasında onların əsas sübut kimi tədqiq olunması vacibliyi vurğulandı. Sessiyanın müzakirə hissəsində dinləyicilərin sualları cavablandırıldı. Bu da bir daha məruzənin mövzusunun aktuallığını təsdiq edir. Sonda Mimar Sinan Güzel Sanatlar Universitetinin Professoru Dr. Demet Binan məruzəçiyə təşəkkürnamə təqdim etmişdi.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/