XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Fevral, 2017
Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Soyqırım qurbanlarının xatirəsi xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulur.


Tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımını ictimaiyyətə çatdırmaq istiqamətində Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilir. 23 fevral 2017-ci il tarixində Muzeydə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən anım mərasimində tarixçi alimlər, muzey işçiləri və media nümayəndələri iştirak etdilər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı öz çıxışında bildirdi ki, Xocalı soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. O, Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli hadisənin erməni quldur dəstələri tərəfindən törədilməsindən və onun ağır nəticələrindən danışıb. Nailə xanım dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, çıxışında qeyd etdi ki, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim mənəvi borcumuzdur. 

Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri, prof. İsaxan Vəliyev soyqırım qurbanlarının başlarına gətirilən müsibətlərdən söhbət açaraq, Azərbaycan xalqının  davamlı olaraq etnik təmizləməyə, soyqırım siyasətinə məruz qaldığını bildirmişdir. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar erməni quldur dəstələri tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. XX əsrin faciələrindən biri olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar siyasətin davamıdır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. İ.Vəliyev dünya ictimaiyyətinin erməni millətçilərinin törətdikləri cinayətlərə diqqəti cəlb etmək məqsədilə təşkil olunan tədbirlərin əhəmiyyətindən danışdı.

Daha sonra tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifası təqdim olundu.

Mərasimdə Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı erməni quldurlarının Xocalıda törətdiyi mənfur əməlləri "insanlığa qarşı kütləvi cinayət" kimi tanımış və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırmışdır. 


 

Национальным Музеем Истории Азербайджана и Фондом «Знание» при президенте Азербайджанской Республики проведены совместные мероприятия к 25-летию Ходжалинского геноцида

Память о жертвах Ходжалинского геноцида всегда находится в центре внимания нашего народа и государства. С целью ознакомления общественности о Ходжалинском геноциде Национальный Музей Истории Aзербайджана регулярно проводит различные мероприятия. И на этот раз, 23 февраля 2017 года в Музее прошли памятные мероприятия к 25-летию геноцида жителей посёлка Ходжалы.

В мероприятии приняли участие сотрудники Национального Музея Истории Азербайджана, фонда «Знание» при президенте Азербайджанской Республики, учёные-историки, представители СМИ и др. Присутствующие почтили память жертв трагедии минутой молчания. Со вступительным словом обратилась к аудитории директор Музея, академик Наиля Велиханлы, в своем выступлении она ознакомила присутствующих с историей кровавой расправы над мирными жителями, подчеркнув, что Ходжалинский геноцид – одна из самых трагических страниц нашей истории. Наиля ханум отметила, что донесение до мировой общественности правды о кровавых событиях в Ходжалы является моральным долгом каждого гражданина страны. Руководитель аппарата Фонда «Знание» профессор Исахан Велиев отметил, что азербайджанский народ стал объектом агрессии, геноцида и этнических чисток со стороны армянских бандитских формирований,которые путём массовых убийств и изгнания азербайджанцев из родных мест пытаются достичь своих низменных целей. Также И.Велиев подчеркнул, что преступления армянских националистов направлены не только против азербайджанцев, но и являются преступлениями против всего человечества.

После этого выступили с музыкальной программой учащиеся музыкальной школы имени Бюль-Бюля. Во время мероприятия была особо отмечена роль президента Ильхама Алиева в доведении сведений о преступлениях против
азербайджанского населения до мировой общественности, а также деятельность вице-президента фонда Гейдара Алиева – Мехрибан Алиевой с проводимой под её руководством кампанией «Справедливость для Ходжалы».

Напомним, что именно благодаря этой кампании организация Исламского Сотрудничества осудила преступления в Ходжалы как «массовое преступление против человечности».

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ