XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Fevral, 2017
Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri muzeyi ziyarət etmişdirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. Layihə çərçivəsində fevral ayı ümumtəhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub.


Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, etnoqrafiyası, incəsənəti barədə maarifləndirmək, onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdir. 

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova tərəfindən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinə “Azərbaycan etnoqrafiyası” mövzusunda açıq dərs keçirilib. Daha sonra məktəblilər Muzeyin ekspozisiya zallarına əyani ekskursiya ediblər.

Şagirdlər G.Abdulovaya bu gözəl açıq dərs üçün təşəkkür etmiş və belə maarifləndirici tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.


Учащиеся школы села Джоджуг Марджанлы Джебраильского района побывали в Музее истории

В Национальном музее истории Азербайджана НАНА для учащихся средней школы села Джоджуг Марджанлы Джабраильского района был проведен открытый урок на тему «Этнография Азербайджана».

Мероприятие организовано в рамках проекта «Экологические месячники» в общеобразовательных школах, находящихся в ведении Управления образования по городу Баку.

Заведующий отделом научного фонда этнографии музея Гюльзаде Абдулова проинформировала учащихся о хранимых здесь произведениях и этнографии Азербайджана.

Затем школьники ознакомились с экспозиционными залами музея.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ