Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirak etmişdirlər. Ön sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olduğu yürüş iştirakçıları Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Yürüş mitinqinə Muzeyin YAP “Azərbaycan tarixçiləri” təşkilatının sədri Pərvanə Əzimova, Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Bəhman Kərimov, Muzey əməkdaşları t.ü.f.d. Fuad Ağayev və kiçik elmi işçi Laçın Mustafayev də qatılmışdır.
Paytaxtın Azadlıq meydanından abidəyə doğru 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu qanlı cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.