Xəbər verdiyimiz kimi, 10 noyabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi baş tutmuşdur. MATM-ın materialları əsasında təşkil olunan sərgi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub.
Sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayış olunur.
Nəzərinizə çatdıraq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində fevral ayı “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Bu layihə çərçivəsində Muzeyin ekspozisiyasında nümayiş olunan etnoqrafik eksponatlarla bərabər “Qadın geyim bəzəkləri” sərgisi də şagirdlərin xüsusi marağına səbəb olmuşdur.
Elan olunmuş aylıq ərzində sərgi 100-dən çox məktəbli tərəfindən ziyarət olunmuş və burada Muzeyin mütəxəssisləri tərəfindən açıq dərslər təşkil olunmuşdur.
Ziyarətçilərin, xüsusilə məktəblilərin “Qadın geyim bəzəkləri” sərgisinə marağını nəzərə alan Muzey rəhbərliyi sərginin vaxtını 15 mart 2017-ci il tarixinə qədər uzatmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.