Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycan xanımlarına məxsus çoxçeşidli baş bəzəkləri mühafizə olunur. Bir-birindən hazırlanma texnikası, forma və dekoru ilə fərqlənən baş bəzəkləri xüsusi zövq ilə tərtib olunmuşdur.
Dini və dekorativ funksiyalarla yanaşı, baş bəzəkləri xanımın yaşı, sosial statusu, regionu və s. haqqında da məlumat verir.
Fondda mühafizə olunan “Alınlıq” baş bəzəyi 1930-cu illərdə Muzeyə hədiyyə olunmuşdur. XIX əsr Gəncə sənətkarlarına məxsus gümüş baş bəzəyi döymə və şəbəkə texnikası ilə hazırlanmışdir. Nəbati naxışlarla bərabər baş bəzəyindəki medalyonun üzərində məhəbbət simvolu olan qoşa quş təsviri də var.
Baş bəzəyi incəsənət tariximizin, mədəniyyətimizin tədqiqi və təbliği baxımından böyük əhəmiyyətə malikdir və bu baxımdan Muzey ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.
Жемчужины музея
В коллекции Особого фонда Национального Музея Истории Азербайджана видное место занимают многочисленные головные украшения азербайджанских женщин конца XIX – начала XX веков. Отличающиеся по технике изготовления, форме и декору головные украшения выделяются особым изяществом. Кроме религиозных и декоративных функций, данный вид женских украшений дает информацию о возрасте обладательницы украшения, её социальном статусе, региональных отличиях и т.д.
Хранящееся в фонде головное украшение из серебра «Алынлыг», изготовленное при помощи техники ковки в Гяндже в XIX веке было передано в дар Музею в 1930-х годах. Украшенное растительными узорами украшение имеет также медальон с изображением символа любви – рисунка пары птиц.
Украшение вызывает интерес со стороны посетителей Музей и имеет большое значение с точки зрения изучения и пропаганды культуры и искусства азербайджанского народа.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.